Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “LA Academy” Tədris Mərkəzi tərəfindən kibertəhlükəsizlik mövzusunda ödənişsiz maarifləndirici vebinar keçirilib. Məqsəd iştirakçıların rəqəmsal mühitdə təhlükəsizlik biliklərinin artırılması olub.
Vebinarı mərkəzin əməkdaşı Orxan Xələfi aparıb və təlim çərçivəsində iştirakçılara rəqəmsal təhlükələrdən qorunma üsulları, şəxsi məlumatların təhlükəsiz saxlanılması, sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları və kibermühitdə özünümüdafiə bacarıqları barədə ətraflı məlumat verilib.
Mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı şəkildə cavablandırılıb. Kibertəhlükəsizliyin gənclər üçün rəqəmsal dövrdə mühüm bacarıqlardan biri olduğu vurğulanıb.